- İngiltərə P.L.
- 23:09 16.08.2026
“Arsenal” İngiltərə Superkubokunun 2026-cı il matçında “Mançester Siti”ni 3:0 hesabı ilə məğlub edərək yeni mövsümdə ilk titulunu qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, İngiltərə çempionu “şəhərlilər”in qapısından üç cavabsız top keçirib. Bu nəticə “Arsenal”ın “Mançester Siti” üzərində 2014-cü ildən bəri qazandığı ən böyükhesablı qələbə olub.
Maraqlıdır ki, London təmsilçisi 2014-cü ildə də Superkubok matçında “Mançester Siti”ni eyni hesabla – 3:0 məğlub edib.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının yeni mövsümünə gələn həftənin sonunda start veriləcək. “Arsenal” ilk turda 25 ildən sonra yenidən Premyer Liqaya qayıdan “Koventri” ilə qarşılaşacaq.
Komandalar arasındakı görüş avqustun 21-də keçiriləcək.