17 avqust 2026. Bazar ertəsi

Enzo Mareska “Mançester Siti”də antirekordla başladı


Enzo Mareska “Mançester Siti”də antirekordla başladı

İtaliyalı mütəxəssis Enzo Mareska “Mançester Siti”nin baş məşqçisi kimi ilk oyununda ağır məğlubiyyətlə üzləşib.

90deqiqe.Az-ın məlumatına görə, “şəhərlilər” İngiltərə Superkuboku matçında “Arsenal”a 0:3 hesabı ilə uduzublar. Bu nəticə Mareskanın İngiltərədə məşqçilik karyerasının ən ağır məğlubiyyətini təkrarlaması ilə yadda qalıb.

Belə ki, italiyalı mütəxəssis daha əvvəl “Çelsi”yə rəhbərlik edib. Onun çalışdırdığı London klubu 2025-ci ilin fevralında Premyer Liqada “Brayton”a 0:3 hesabı ilə məğlub olub. Bu, həmin vaxt Mareskanın İngiltərədəki ən böyükhesablı məğlubiyyəti olub.

“Arsenal” qarşısında eyni hesabla uduzan “Mançester Siti”nin baş məşqçisi bununla öz antirekordunu təkrarlayıb.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının yeni mövsümünə gələn həftənin sonunda start veriləcək. “Mançester Siti” ilk turda səfərdə “Bornmut”la qarşılaşacaq.







İngiltərə P.L.

“Ümid edirik ki, qalacaq”
  • İngiltərə P.L.
  • 18:10 16.08.2026
“Ümid edirik ki, qalacaq”