- İngiltərə P.L.
- 23:35 17.08.2026
“Mançester Siti”nin yarımmüdafiəçisi Mateo Kovaçiç komandadakı rolundan danışıb.
90deqiqe.Az-ın məlumatına görə, 32 yaşlı xorvatiyalı futbolçu hazırda komandanın ən təcrübəli üzvlərindən biri olduğunu bildirib.
“Hazırda “Mançester Siti”nin ən yaşlı futbolçularından biriyəm. Əlbəttə, liderlərdən biri olmaq xoşdur. Meydanda lider olmağa çalışıram. Bununla yanaşı, komandamızda Ruben Dias və Erlinq Haaland kimi əla futbolçular da var”, – deyə Kovaçiç klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
Qeyd edək ki, “Mançester Siti” daha əvvəl İngiltərə Superkubokunda “Arsenal”a 0:3 hesabı ilə məğlub olub. Kovaçiç həmin qarşılaşmada start heyətində meydana çıxıb və 79 dəqiqə oynayıb.
“Mançester Siti” yeni mövsümün İngiltərə Premyer Liqasının ilk turunda avqustun 23-də doğma meydanda “Bornmut”u qəbul edəcək.