- İngiltərə P.L.
- 23:35 17.08.2026
“Arsenal”ın yarımmüdafiəçisi Martin Odeqor İngiltərə Superkubokunda “Mançester Siti” üzərində qələbədən sonra komandanın yeni mövsümlə bağlı hədəflərindən danışıb.
90deqiqe.Az-ın məlumatına görə, Odeqor “Arsenal”ın ötən mövsüm qazandığı İngiltərə çempionluğunu təkrarlamaqla yanaşı, digər titullara da iddialı olduğunu bildirib.
“Əlbəttə, ötən il çempion olduq, amma indi daha çoxunu istəyirik. Premyer Liqadakı uğurumuzu təkrarlamaq niyyətindəyik. Bununla yanaşı, başqa titullar da var. Hələ üzərində çalışmalı olduğumuz məsələlər çoxdur və inkişaf etmək üçün imkanlarımız da genişdir”, – deyə norveçli futbolçunun sözlərini “Daily Mail Sport” yayıb.
Qeyd edək ki, London təmsilçisi finalda “şəhərlilər”i 3:0 hesabı ilə məğlub edərək mövsümün ilk titulunu qazanıb.
Əlavə edək ki,“Arsenal” İngiltərə Premyer Liqasının yeni mövsümündə ilk oyununu avqustun 21-də doğma meydanda “Koventri”yə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.