19 avqust 2026. Çərşənbə

Bruno Fernandeş “Mançester Yunayted”in yeni müqavilə təklifini rədd edib


Bruno Fernandeş “Mançester Yunayted”in yeni müqavilə təklifini rədd edib

“Mançester Yunayted”lə kapitanı Bruno Fernandeş arasında yeni müqavilə ilə bağlı danışıqlarda hələlik razılıq əldə olunmayıb.

90deqiqe.Az-ın məlumatına görə, 31 yaşlı futbolçu klubun son təklifini qəbul etməyib. “Qırmızı şeytanlar” portuqaliyalının illik maaşını hazırkı məbləğlə müqayisədə 500 min avro artırmağa hazır olub. Lakin bu şərtlər Fernandeşi qane etməyib.

Tərəflər arasında qüvvədə olan müqavilənin müddəti gələn ilin yayında başa çatır. Mətbuatda yayılan xəbərlərə görə, Fernandeşə “Qalatasaray” da maraq göstərir.

Qeyd edək ki, Fernandeş “Mançester Yunayted”in kapitanıdır və 2020-ci ilin yanvarından Mançester klubunun formasını geyinir.

Yarımmüdafiəçi ötən mövsüm Premyer Liqada 21 məhsuldar ötürmə ilə çempionat tarixində yeni rekorda imza atıb.







İngiltərə P.L.

“Çelsi” Premyer Liqanın qalibi ola bilər"
  • İngiltərə P.L.
  • 01:15 19.08.2026
“Çelsi” Premyer Liqanın qalibi ola bilər"
“Meydanda lider olmağa çalışıram”
  • İngiltərə P.L.
  • 23:29 17.08.2026
“Meydanda lider olmağa çalışıram”