19 avqust 2026. Çərşənbə

“Çelsi”nin böyük komanda olması üçün böyük Palmerə ehtiyacımız var”


“Çelsi”nin böyük komanda olması üçün böyük Palmerə ehtiyacımız var”

“Çelsi”nin baş məşqçisi Xabi Alonso komandanın aparıcı futbolçularından olan Koul Palmerin ən yaxşı formasına qayıda biləcəyinə əmin olduğunu bildirib.

90deqiqe.Az-ın məlumatına görə, Alonso futbolçunun əvvəlcə fiziki vəziyyətini tam qaydaya salmalı olduğunu vurğulayıb:

“Əvvəla, fiziki vəziyyəti qaydasına salmaq lazımdır. Ən yüksək səviyyədə çıxış etmək üçün özünü sağlam hiss etməli və 100 faiz hazır olmalısan. Fiziki baxımdan hazır olduqda isə özünəinam yaranır. Sistemin işlədiyini hiss etməli, oyundan zövq almalı və meydandakı rolunu başa düşməlisən”, – deyə məşqçinin sözlərini “Daily Mail” yayıb.

İspaniyalı mütəxəssis Palmeri “xüsusi futbolçu” adlandırıb:

“Koul xüsusi oyunçudur. “Çelsi”nin böyük komanda olmasını istəyiriksə, bizə böyük Palmer lazımdır. Güclü və sabit sistem qurmalıyıq ki, o, topu lazımi yerdə və lazımi anda alsın. O zaman Koul oyunun taleyini dəyişə bilər”.

Qeyd edək ki,24 yaşlı yarımmüdafiəçi “Çelsi”yə keçdikdən sonra iki mövsüm yüksək səviyyədə çıxış etsə də, 2025/26 mövsümündə fiziki hazırlıq və forma baxımından problemlər yaşayıb. Nəticədə Palmer İngiltərə millisinin dünya çempionatı üçün heyətinə düşməyib.

Palmer daha əvvəl qasıq nahiyəsindəki problemdən sonra tam sağaldığını açıqlayıb.







İngiltərə P.L.

“Çelsi” Premyer Liqanın qalibi ola bilər"
  • İngiltərə P.L.
  • 01:15 19.08.2026
“Çelsi” Premyer Liqanın qalibi ola bilər"
“Meydanda lider olmağa çalışıram”
  • İngiltərə P.L.
  • 23:29 17.08.2026
“Meydanda lider olmağa çalışıram”