- İngiltərə P.L.
- 01:22 19.08.2026
“Arsenal”ın icraiyyə komitəsinin sədri Riçard Qarlik klubun transfer planları barədə açıqlama verib.
90deqiqe.Az-ın məlumatına görə, Qarlik bildirib ki, transfer pəncərəsinin bağlanmasına bir neçə həftə qalsa da, klub yeni imkanları nəzərdən keçirməyə davam edir:
“Biz həmişə heyəti gücləndirməyə çalışırıq. Artıq deyildiyi kimi, əlimizi yanımıza salıb işin başa çatdığını söyləməyəcəyik. Klubumuz daim yeni imkanlar axtarır. Transfer pəncərəsinin bağlanmasına hələ bir neçə həftə qalır.
Aydındır ki, Premyer Liqa çempionunun heyəti həqiqətən gücləndirə biləcək futbolçuları tapması çətindir. Buna görə də bazarda seçimlər az ola bilər. Lakin uyğun fürsət yaranarsa, mütləq ondan istifadə edəcəyik”, – deyə Qarlikin sözlərini “AFC Newsroom” yayıb.
“Topçular” bu yay Bruno Qimaraynşi 87,5 milyon avroya, Xristos Tsolisi isə 40 milyon avroya transfer edib. Lakin London təmsilçisi heyətin komplektləşdirilməsi istiqamətində işləri davam etdirmək niyyətindədir.
Qeyd edək ki, “Arsenal” bazar günü İngiltərə Superkubokunda “Mançester Siti”ni 3:0 hesabı ilə məğlub edib.