19 avqust 2026. Çərşənbə

“Çelsi” Premyer Liqanın qalibi ola bilər"


“Çelsi” Premyer Liqanın qalibi ola bilər"

“Arsenal”ın sabiq futbolçusu İan Rayt “Çelsi”nin İngiltərə Premyer Liqasında çempionluq uğrunda mübarizə apara biləcəyini düşünür.

 90deqiqe.Az xəbər verir ki, bu barədə Rayt “Metro”ya açıqlamasında bildirib.Rayt hesab edir ki, “Çelsi”nin yeni çalışdırıcısı Xabi Alonso komandada düzgün dəyişikliklər edə bilsə, komandanın çempionluq şansı olacaq.

“Mançester Siti”, “Çelsi” və “Liverpul”un yeni baş məşqçiləri var. Buna görə də hazırda onlardan nə gözləmək lazım olduğunu demək çətindir. “Siti” üçün böyük keçid mövsümüdür. Artıq komandada Bernardo Silva, Con Stounz, Pep Qvardiola və Rodri yoxdur. Lakin onların heyətində Holand var və belə hücumçu ilə çox şeyə nail olmaq mümkündür”, - deyə o bildirib.

Rayt “Çelsi”nin titul şanslarını da yüksək qiymətləndirib:

“Düşünürəm ki, Alonso işə uğurlu başlasa və komandanı müdafiədə daha etibarlı edə bilsə, “Çelsi” çempionluq uğrunda mübarizə apara bilər. O, komandaya bir neçə təcrübəli futbolçu gətirib. Bu, klubun bir müddətdir ehtiyac duyduğu məqam idi. Avrokuboklarda iştirak etməmələri isə “Çelsi”yə çempionata fokuslanmağa və yaxşı formada irəliləməyə imkan verəcək”.

Qeyd edək ki, ötən mövsümü 10-cu pillədə başa vuran London klubu daha sonra baş məşqçi dəyişikliyi yaşayıb.“Çelsi” Premyer Liqanın yeni mövsümündə ilk oyununu avqustun 24-də “Fulhem”ə qarşı keçirəcək.







İngiltərə P.L.

“Çelsi” Premyer Liqanın qalibi ola bilər"
  • İngiltərə P.L.
  • 01:15 19.08.2026
“Çelsi” Premyer Liqanın qalibi ola bilər"
“Meydanda lider olmağa çalışıram”
  • İngiltərə P.L.
  • 23:29 17.08.2026
“Meydanda lider olmağa çalışıram”