19 avqust 2026. Çərşənbə

“Arsenal”ın hələ də yüksək səviyyəli futbolçulara ehtiyacı var"


“Arsenal”ın hələ də yüksək səviyyəli futbolçulara ehtiyacı var"

“Arsenal”ın sabiq hücumçusu İan Rayt London klubunun transfer siyasəti ilə bağlı fikirlərini bölüşüb.

 90deqiqe.Az xəbər verir ki, Rayt hesab edir ki, Mikel Artetanın komandası hələ də yüksək səviyyəli futbolçularla gücləndirilməlidir.

“Arsenal”ın transfer bazarında hələ görməli olduğu çox iş var. Hələlik proses kifayət qədər ləng gedir. Bunun dünya çempionatının təsiri ilə bağlı olduğunu başa düşürəm. Lakin mövsümə yaxşı başlamağın nə qədər vacib olduğunu bilirik. Yeni futbolçular nə qədər tez komandaya qoşulsalar, bir o qədər yaxşıdır”, - deyə Rayt “Metro”ya müsahibəsində bildirib.

Sabiq futbolçu “Arsenal”ın ötən mövsüm Çempionlar Liqasının finalında məğlubiyyətindən sonra baş məşqçi Mikel Artetanın komandanın inkişafı üçün hansı dəyişikliklərə ehtiyac olduğunu açıqladığını xatırladıb:

“Çempionlar Liqasının finalında məğlubiyyətdən sonra məşqçi komandanın növbəti səviyyəyə yüksəlməsi üçün nələrə ehtiyac olduğunu söyləmişdi. İndi isə komandadan məhz həmin dəyişiklikləri gözləyirik”.

Xatırladaq ki, Rayt daha əvvəl “Çelsi”nin ötən mövsümdəki uğursuz çıxışına baxmayaraq, yeni mövsümdə İngiltərə çempionluğu uğrunda mübarizə apara biləcəyini bildirib.

Qeyd edək ki, “Arsenal” mövsümə İngiltərə Superkubokunda “Mançester Siti” üzərində qələbə ilə başlayıb.  







İngiltərə P.L.

“Çelsi” Premyer Liqanın qalibi ola bilər"
  • İngiltərə P.L.
  • 01:15 19.08.2026
“Çelsi” Premyer Liqanın qalibi ola bilər"
“Meydanda lider olmağa çalışıram”
  • İngiltərə P.L.
  • 23:29 17.08.2026
“Meydanda lider olmağa çalışıram”