20 avqust 2026. Cümə axşamı

“Kristal Pelas” ABŞ millisinin gənc futbolçusunu transfer edib


“Kristal Pelas” ABŞ millisinin gənc futbolçusunu transfer edib

“Kristal Pelas” heyətini yeni futbolçu ilə gücləndirib.

90deqiqe.Az xəbər verir ki, London klubu 19 yaşlı vinger Zavyer Qozonun transferini rəsmən açıqlayıb.

ABŞ-ın gənclər millisinin üzvü olan futbolçu “Kristal Pelas”la 5 illik müqavilə imzalayıb.

Qozonun transfer hüquqları MLS təmsilçisi “Real Solt Leyk”dən alınıb. İngiltərə mətbuatının məlumatına görə, London klubu bu keçid üçün təxminən 13 milyon avro ödəyib.

19 yaşlı vinger cari MLS mövsümündə 16 matçda meydana çıxıb. O, 6 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Kristal Pelas” İngiltərə Premyer Liqasının yeni mövsümündə ilk oyununu avqustun 22-də keçirəcək. Komanda doğma meydanda “Everton”u qəbul edəcək.







İngiltərə P.L.

“Qəlbimdə xüsusi yer tutacaq”
  • İngiltərə P.L.
  • 01:30 20.08.2026
“Qəlbimdə xüsusi yer tutacaq”
“Sadəcə futbola fokuslanmaq istəyirəm”
  • İngiltərə P.L.
  • 01:12 20.08.2026
“Sadəcə futbola fokuslanmaq istəyirəm”
“Çelsi” Premyer Liqanın qalibi ola bilər"
  • İngiltərə P.L.
  • 01:15 19.08.2026
“Çelsi” Premyer Liqanın qalibi ola bilər"