20 avqust 2026. Cümə axşamı

“Sadəcə futbola fokuslanmaq istəyirəm”


“Sadəcə futbola fokuslanmaq istəyirəm”

“Mançester Yunayted”in hücumçusu Markus Reşford “Stick to Football” podkastında onun müdafiəsinə qalxan Ceymi Karraqerə təşəkkür edib.

90deqiqe.Az-ın məlumatına görə, podkastın aparıcısı Qari Nevill Rəşfordun gələcəyi barədə danışmaq istəyib. Lakin Karraqer bu mövzunu sərt şəkildə dayandıraraq hücumçu barədə demək olar ki, hər buraxılışda danışıldığını bildirib.

Podkastdan həmin fraqmentin yayılmasından sonra Rəşford sosial şəbəkə hesabında Karragerə təşəkkürünü çatdırıb:

“Çox sağ ol, Ceymi. Hər gün adımı eşitmədən sadəcə diqqətimi cəmləyib futbol oynamaq çox yaxşı olardı”.

Qeyd edək ki, 28 yaşlı ingiltərəli futbolçu ötən mövsümü icarə əsasında “Barselona”da keçirib. O, Kataloniya klubunun heyətində 49 matçda 14 qol vurub və 14 məhsuldar ötürmə edib.

“Barselona”nın Reşfordu birdəfəlik transfer etmək imkanı olsa da, klub sonda Entoni Qordonu heyətinə qatıb.

“Mançester Yunayted”ə qayıtdıqdan sonra komandanın baş məşqçisi Maykl Karrik Reşfordun yaxşı formada olduğunu və hücum xəttində komandaya yeni seçimlər qazandıra biləcəyini bildirib.







İngiltərə P.L.

“Qəlbimdə xüsusi yer tutacaq”
  • İngiltərə P.L.
  • 01:30 20.08.2026
“Qəlbimdə xüsusi yer tutacaq”
“Sadəcə futbola fokuslanmaq istəyirəm”
  • İngiltərə P.L.
  • 01:12 20.08.2026
“Sadəcə futbola fokuslanmaq istəyirəm”
“Çelsi” Premyer Liqanın qalibi ola bilər"
  • İngiltərə P.L.
  • 01:15 19.08.2026
“Çelsi” Premyer Liqanın qalibi ola bilər"