13 sentyabr 2026. Bazar günü

“Qələbələrə əvvəlkindən daha çox acam”


“Qələbələrə əvvəlkindən daha çox acam”

“Arsenal” İngiltərə Premyer Liqasının yeni mövsümünün açılış oyununda “Koventri” ilə qarşılaşacaq.

90deqiqe.Az-ın məlumatına görə, matçdan əvvəl keçirilən mətbuat konfransında jurnalistlər London klubunun baş məşqçisi Mikel Artetadan mövsümə son çempion kimi başlamağın necə hiss olduğunu soruşublar.

İspaniyalı mütəxəssis qələbələrə əvvəlkindən daha çox kökləndiyini bildirib:

“Özümü yaxşı hiss edirəm, hər şey fərqlidir. Mən əvvəlkindən daha çox ruh yüksəkliyi içindəyəm və qələbələrə daha çox acam. Azarkeşlərimizin qarşısında ilk ev oyununu səbirsizliklə gözləyirəm”, – deyə TNT Sports Artetanın sözlərini yayıb.

Qeyd edək ki, “Arsenal” – “Koventri” qarşılaşması Bakı vaxtı ilə 00:00-da başlayacaq.







İngiltərə P.L.

“Liverpul” doğma meydanda xal itirdi
  • İngiltərə P.L.
  • 22:59 12.09.2026
“Liverpul” doğma meydanda xal itirdi
Emeridən Qarnaço ilə bağlı açıqlama
  • İngiltərə P.L.
  • 23:28 11.09.2026
Emeridən Qarnaço ilə bağlı açıqlama