21 avqust 2026. Cümə

Emeridən Uotkins və Martinesin gələcəyi ilə bağlı açıqlama


Emeridən Uotkins və Martinesin gələcəyi ilə bağlı açıqlama

“Aston Villa”nın baş məşqçisi Unay Emeri hücumçu Ollie Uotkinsin komandadan ayrılmasının mümkünlüyünü istisna etməyib.

 90deqiqe.Az-ın “The Independent”ə istinadən məlumatına görə, ispaniyalı mütəxəssis eyni zamanda qapıçı Emiliano Martinesin də klubdan ayrılmaq istədiyini açıqlayıb.

 “Vəziyyətin mürəkkəb olduğu açıqdır. O, bizim futbolçumuzdur və mən onu satmaq istəmirəm. Lakin bu, onun və klub üçün yaxşı variant olarsa və mən onun yerinə oyunçu tapa bilsəm, hər şey dəyişə bilər”

Baş məşqçi transfer pəncərəsinin bağlanmasına təxminən 10 gün qaldığını və bu səbəbdən Uotkinsin gələcəyinin hələ də qeyri-müəyyən olduğunu bildirib.

Martinesin vəziyyətinə gəlincə, argentinalı qapıçı artıq ikinci ildir ki, klubunu dəyişmək variantını nəzərdən keçirir.

“Emiliano karyerasında yeni çağırış əldə etmək imkanının olduğunu bizə bildirdi. Bu, indi baş verməyib. O, hələ ötən il imkan yaranacağı təqdirdə klub dəyişmək barədə düşünürdü. Lakin o zaman komandadan ayrılmadı və bizimlə fantastik mövsüm keçirdi. İndi isə yenidən yeni çağırışa ehtiyac duyduğunu bizə çatdırıb”, - deyə Emeri bildirib.

İspaniyalı mütəxəssis klubun transfer siyasətini də yüksək qiymətləndirib.

“Aston Villa” bu yay Dzion Suzuki ilə yanaşı, Yohan Manzambi, Joau Qomeş, Matteo Ruceri, Alexandro Qarnaço və Aaron Van-Bissakanı da heyətinə qatıb.

Qeyd edək ki, “Aston Villa” daha əvvəl “Əl-Hilal”ın Uotkins üçün göndərdiyi 4 təklifi rədd edib.







İngiltərə P.L.

“Qəlbimdə xüsusi yer tutacaq”
  • İngiltərə P.L.
  • 01:30 20.08.2026
“Qəlbimdə xüsusi yer tutacaq”
“Sadəcə futbola fokuslanmaq istəyirəm”
  • İngiltərə P.L.
  • 01:12 20.08.2026
“Sadəcə futbola fokuslanmaq istəyirəm”
“Çelsi” Premyer Liqanın qalibi ola bilər"
  • İngiltərə P.L.
  • 01:15 19.08.2026
“Çelsi” Premyer Liqanın qalibi ola bilər"