22 avqust 2026. Şənbə

“Arsenal” Premyer Liqada mövsümə inamlı qələbə ilə başladı


“Arsenal” Premyer Liqada mövsümə inamlı qələbə ilə başladı

İngiltərə Premyer Liqasının 2026/27 mövsümünün ilk turunda “Arsenal” doğma meydanda “Koventri Siti” ilə qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, “Emireyts” stadionunda keçirilən görüşdə London klubu rəqibini 3:0 hesabı ilə məğlub edib.

“Arsenal” hesabı 15-ci dəqiqədə açıb. Kay Haverts komandasını önə keçirib. 23-cü dəqiqədə Bukayo Saka fərqi iki topa çatdırıb.

İkinci hissənin əvvəlində – 49-cu dəqiqədə Martin Edeqor “Arsenal”ın üçüncü qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, “Arsenal” ötən mövsüm İngiltərə çempionatını 85 xalla qazanıb. “Koventri Siti” isə 95 xalla Çempionşipin qalibi olaraq Premyer Liqaya yüksəlib.

London təmsilçisi növbəti turda avqustun 31-də səfərdə “Aston Villa” ilə qarşılaşacaq. “Koventri Siti” isə avqustun 29-da doğma meydanda “Hall Siti”ni qəbul edəcək.







İngiltərə P.L.

“Qəlbimdə xüsusi yer tutacaq”
  • İngiltərə P.L.
  • 01:30 20.08.2026
“Qəlbimdə xüsusi yer tutacaq”
“Sadəcə futbola fokuslanmaq istəyirəm”
  • İngiltərə P.L.
  • 01:12 20.08.2026
“Sadəcə futbola fokuslanmaq istəyirəm”