22 avqust 2026. Şənbə

Mikel Arteta İngiltərə çempionatında 150-ci qələbəsini qazandı


Mikel Arteta İngiltərə çempionatında 150-ci qələbəsini qazandı

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə çempionatında 150-ci qələbəsini qazanıb.

 90deqiqe.Az-ın “BBC”ə istinadən məlumatına görə, ispaniyalı mütəxəssis bu göstəriciyə Premyer Liqanın yeni mövsümünün ilk turunda “Koventri”yə qarşı keçirilən oyunda nail olub. London təmsilçisi görüşdə 3:0 hesablı qələbə qazanıb.

Arteta 249-cu Premyer Liqa matçında 150-ci qələbəsini əldə edib. Bununla da o, İngiltərə çempionatında 250-dən az oyunda bu saya çatan beş məşqçidən biri olub.

Bu göstəriciyə Pep Qvardiola 204, Joze Mourinyo 231, Yurgen Klopp 237, Aleks Ferqyuson isə 247 oyunda çatıb.

Qeyd edək ki, mövsümə İngiltərə Superkubokunu qazanaraq başlayan “Arsenal” Premyer Liqanın 2-ci turunda səfərdə “Aston Villa” ilə qarşılaşacaq. Görüş avqustun 31-də keçiriləcək.







İngiltərə P.L.

“Qəlbimdə xüsusi yer tutacaq”
  • İngiltərə P.L.
  • 01:30 20.08.2026
“Qəlbimdə xüsusi yer tutacaq”
“Sadəcə futbola fokuslanmaq istəyirəm”
  • İngiltərə P.L.
  • 01:12 20.08.2026
“Sadəcə futbola fokuslanmaq istəyirəm”