- İngiltərə P.L.
- 01:19 22.08.2026
“Arsenal”ın hücumçusu Kay Haverts İngiltərə Premyer Liqasının 2026/27 mövsümünün ilk turunda fərqlənib.
90deqiqe.Az-ın məlumatına görə, almaniyalı futbolçu “Koventri Siti” ilə “Emireyts” stadionunda keçirilən qarşılaşmanın 15-ci dəqiqəsində hesabı açıb. Beləliklə, Haverts İngiltərə çempionatının yeni mövsümündə ilk qolun müəllifi olub.
Qarşılaşmada “Arsenal” 2:0 hesabı ilə öndədir.
Qeyd edək ki, “Arsenal” ötən mövsüm 85 xal toplayaraq İngiltərə çempionu olub. “Koventri Siti” isə 95 xalla Çempionşipin qalibi olaraq Premyer Liqaya yüksəlib.
London təmsilçisi növbəti turda avqustun 31-də səfərdə “Aston Villa” ilə qarşılaşacaq. “Koventri Siti” isə avqustun 29-da doğma meydanda “Hall Siti”ni qəbul edəcək.