7 oktyabr 2026. Çərşənbə

“Brentford” “Tottenhem”i darmadağın etdi


“Brentford” “Tottenhem”i darmadağın etdi

İngiltərə Premyer Liqasında şənbə günü keçirilən qarşılaşmada “Brentford” və “Tottenhem” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, Londonda keçirilən görüş “Tottenhem” üçün uğursuz nəticə ilə başa çatıb. “Arılar” rəqibini 3:0 hesabı ilə məğlub ediblər.

“Brentford” 12-ci dəqiqədə hesabı açıb. Mamadu Sanqarenin ötürməsindən sonra Kin Luis-Potter fərqlənib. İlk hissənin 30-cu dəqiqəsinin tamamında isə Vitalli Yanelt meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb.

“Tottenhem” ikinci hissədə də hücumda ciddi təhlükə yarada bilməyib. 49-cu dəqiqədə Mikel Kayode “Brentford”un üçüncü qolunu vuraraq matçda son nöqtəni qoyub.

Beləliklə, “Tottenhem” görüş ərzində oyunun gedişatını dəyişə bilməyib və meydanı 3:0 hesablı məğlubiyyətlə tərk edib.







İngiltərə P.L.

İngiltərə millisində daha bir itki
  • İngiltərə P.L.
  • 23:44 01.10.2026
İngiltərə millisində daha bir itki