- İngiltərə P.L.
- 00:01 23.08.2026
“Mançester Yunayted”in yeni transferi Yuri Tilemans İngiltərə Premyer Liqasının ilk turunda “Hall Siti”yə 0:2 hesablı məğlubiyyətdən sonra fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, belçikalı futbolçu bu barədə sosial şəbəkə hesabında yazıb.
“İşdə ağır gün oldu. Lakin bir uğursuz çıxış bütün mövsümü müəyyən etmir. Gələn həftə “Old Trafford”da keçiriləcək ev oyununu səbirsizliklə gözləyirəm”
Qeyd edək ki, “pələnglər” ilk hissənin 38-ci dəqiqəsinədək iki cavabsız qol vurub. “Mançester Yunayted” fasilədən sonra hesabı dəyişə bilməyib və mövsümə məğlubiyyətlə başlayıb.
Bu qarşılaşma 29 yaşlı yarımmüdafiəçinin “qırmızı şeytanlar”ın heyətində debüt oyunu olub. Tilemans matçda 67 dəqiqə meydanda qalıb. Tilemans iyul ayında “Aston Villa”dan “Mançester Yunayted”ə keçib.
Maykl Kerrikin komandası Premyer Liqanın ikinci turunda avqustun 30-da doğma meydanda “İpsviç”i qəbul edəcək.