- İngiltərə P.L.
- 00:01 23.08.2026
“Liverpul”un kapitanı Vircil van Deyk komandanın yeni baş məşqçisi Andoni İraolanın iş metodları barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın “Men in Blazers”ə istinadən məlumatına görə, niderlandlı futbolçu bildirib ki, İraola komandadan yüksək intensivlikli futbol tələb edir:
“İraola intensiv futbol görmək istəyir. Çoxlu iş gördük, çox məşq etdik və taktiki çalışmalar keçdik, oyunlar isə az oldu. Yaxşı hazırlıq prosesi keçirdik. Məşqçinin mesajı olduqca aydındır – təkcə matçlarda deyil, məşqlərdə də mübarizə aparmalı, qaçmalı və qalib gəlməliyik. Heç vaxt dayanmaq olmaz, eyni zamanda prosesdən zövq almaq lazımdır”.
Qeyd edək ki, ispaniyalı mütəxəssis yay aylarının əvvəlində Arne Slotu əvəzləyərək “qırmızılar”ın sükanı arxasına keçib.
“Liverpul” Premyer Liqanın ilk turunda avqustun 23-də səfərdə “Nyukasl”la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.