23 avqust 2026. Bazar günü

Van Deyk Salahın “Liverpul”dan ayrılmasına münasibət bildirdi


Van Deyk Salahın “Liverpul”dan ayrılmasına münasibət bildirdi

“Liverpul”un kapitanı Vircil van Deyk komandanın sabiq hücumçusu Məhəmməd Salahın klubdan ayrılması barədə fikirlərini bölüşüb.

  90deqiqe.Az-ın məlumatına görə, Van Deyk Salahın komandanın tarixində qoyduğu izin əvəzolunmaz olduğunu vurğulayıb:

“Heç nə əbədi deyil. Mo-nun adı tamamilə haqlı olaraq çəkilir. Düşünmürəm ki, klub üçün bu qədər iş görmüş futbolçunu nə vaxtsa əvəzləmək mümkün olsun. Bunun da öz gözəlliyi var”, - deyə “Liverpul”un kapitanı “Men in Blazers”ə açıqlamasında bildirib.

Qeyd edək ki, misirli futbolçu 2017-ci ilin yayından “qırmızılar”ın formasını geyinib. Ötən mövsümün sonunda Salahın “Liverpul”la müqaviləsi başa çatıb və o, azad agent statusu alıb. Daha sonra 34 yaşlı hücumçu Türkiyənin “Trabzonspor” klubu ilə müqavilə imzalayıb.

Məhəmməd Salah “Liverpul”un heyətində 9 il ərzində 442 oyuna çıxıb. Misirli ulduz bu matçlarda 257 qol vurub və 123 məhsuldar ötürmə edib.







İngiltərə P.L.