- İngiltərə P.L.
- 01:15 23.08.2026
“Liverpul”un kapitanı Vircil van Deyk komandasının yeni mövsümdə İngiltərə Premyer Liqasında çempionluq şanslarını dəyərləndirib.
90deqiqe.Az-ın məlumatına görə, “Anfield Sector" təcrübəli futbolçunun dediklərini belə çatdırıb.
“Liverpul”un futbolçusu və kapitanı kimi Premyer Liqanın çempionluğu uğrunda mübarizə aparmaq istəyirəm. Ancaq realist olmalıyıq. Ötən mövsüm “Arsenal”ın nə qədər güclü olduğunu gördük. Onların heyətinin keyfiyyəti və dərinliyi çox təsir bağışlayır.
Düşünürəm ki, çempionluq uğrunda mübarizə aparmaq üçün kifayət qədər güclüyük. Lakin bunun üçün ötən mövsümlə müqayisədə daha yaxşı çıxış etməliyik”, – deyə van Deyk bildirib.
Mersisayd təmsilçisi ötən mövsümü uğursuz keçirərək turnir cədvəlində yalnız beşinci pilləni tutub. Çempionluğu isə yeni mövsümə “Koventri” üzərində 3:0 hesablı qələbə ilə başlayan “Arsenal” qazanıb.
Qeyd edək ki, “Liverpul” 2026/27 mövsümündə ilk oyununu səfərdə “Nyukasl”a qarşı keçirəcək. Qarşılaşma bazar günü Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.