- İngiltərə P.L.
- 22:56 24.08.2026
“Mançester Yunayted”in sabiq futbolçusu Qari Nevill “Arsenal”ın İngiltərə Premyer Liqasında çempionluq şanslarını dəyərləndirib.
90deqiqe.Az-ın məlumatına görə, Nevillin sözlərinə görə, London klubu ardıcıl ikinci dəfə İngiltərə çempionu olmağa çox yaxındır.
“Hazırda “Arsenal” özünə çox güvənəcək. Mən heç vaxt bu qədər əmin olmamışdım. Bilirəm, mövsümün sonunda bu fikrimə görə məyus ola bilərəm. Lakin ilk oyundan sonra tam əminəm ki, biz İngiltərə çempionu olacaq komandanı görürük”, - deyə o bildirib.
Qeyd edək ki, yeni mövsümün ilk turunda Mikel Artetanın komandası Premyer Liqanın debütantı “Koventri”ni 3:0 hesabı ilə məğlub edib.
“Arsenal” ikinci turda səfərdə “Aston Villa” ilə qarşılaşacaq.