- İngiltərə P.L.
- 02:43 26.08.2026
İngiltərə millisinin sabiq futbolçusu Rəhim Sterlinq may ayında baş verən avtomobil qəzası ilə bağlı ittihamlarla üzləşib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Goal” məlumat yayıb.
Hadisə zamanı futbolçunun təxminən 315 min avro dəyərində olan “Lamborghini” markalı avtomobili magistral yolun qoruyucu səddinə çırpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb.
Polisin məlumatına görə, Sterlinq təhlükəli avtomobil idarə etməkdə, “gülüş qazı” kimi tanınan azot oksidindən istifadə etməkdə və tibbi müayinədən keçməkdən imtina etməkdə ittiham olunur.
Futbolçunun işi üzrə məhkəmə prosesi sentyabr ayında keçiriləcək. Sterlinq təqsirli bilinəcəyi təqdirdə 2 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.
Qeyd edək ki, Sterlinq 2022-ci ildə “Mançester Siti”dən “Çelsi”yə keçib. Daha sonra bir mövsüm icarə əsasında “Arsenal”da çıxış edib. İngiltərəli futbolçu son olaraq Niderlandın “Feyenoord” klubunda forma geyinib. Onun bu klubla müqaviləsinin müddəti bu ilin yayında başa çatıb.