- İngiltərə P.L.
- 00:59 27.08.2026
İngiltərə Liqa Kubokunun II mərhələsində “Tottenhem” doğma meydanda “Çarlton”la qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, London klubu görüş boyu üstün oyun nümayiş etdirib və rəqibinə heç bir şans verməyib.
“Tottenhem” hesabı ilk hissənin sonlarına yaxın açıb. 45-ci dəqiqədə Rodriqo Bentankurun ötürməsindən sonra Mayki Mur fərqlənib.
Bir qədər sonra londonlular üstünlüyü iki topa çatdırıblar. Bu dəfə Dominik Solanke Murun məhsuldar ötürməsindən sonra “Çarlton”un qapısına yol tapıb.
İkinci hissənin əvvəlində Kevin Danso dəqiq zərbə ilə hesabı 3:0 edib. Ardınca Savinyo da adını tabloya yazdırıb.
Matçın 82-ci dəqiqəsində Ben Devis “Tottenhem”in 5-ci qolunu vurub.
Görüşün sonlarında “Çarlton” təsəlli qoluna imza atsa da, bu, məğlubiyyətdən qaçmaq üçün kifayət etməyib.
Beləliklə, “Tottenhem” rəqibini böyük hesabla məğlub edərək İngiltərə Liqa Kubokunda mübarizəni davam etdirib.