28 avqust 2026. Cümə

“Arsenal” Rayes Nelsonla yollarını ayırdı


“Arsenal” Rayes Nelsonla yollarını ayırdı

“Arsenal” 26 yaşlı vinger Reys Nelsonun komandadan ayrıb.

90deqiqe.Az xəbər verir ki, London təmsilçisi klubun yetirməsi olan futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Nelson karyerasının böyük hissəsini “Arsenal”da keçirib. O, 2016-cı ilin dekabrında klubla ilk peşəkar müqaviləsini imzalayıb. İngiltərəli futbolçu əsas komandada debütünü 2017-ci ilin avqustunda “Çelsi”yə qarşı İngiltərə Superkuboku matçında edib.

Daha sonra Nelson icarə əsasında Almaniyanın “Hoffenhaym”, Niderlandın “Feyenoord”, eləcə də İngiltərənin “Fulhem” və “Brentford” klublarında çıxış edib.

26 yaşlı vinger ötən mövsümü “Brentford”da keçirib. O, bütün turnirlərdə 13 oyunda meydana çıxıb və 3 matçda start heyətində yer alıb. Nelson səhhətindəki problemlər səbəbindən bir sıra görüşləri buraxıb.

Ümumilikdə Reys Nelson “Arsenal”ın heyətində 90 oyun keçirib, 8 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun karyerasını “Vest Hem”də davam etdirə biləcəyi bildirilir.







İngiltərə P.L.

“Tottenhem”dən Liqa Kubokunda darmadağın
  • İngiltərə P.L.
  • 00:59 27.08.2026
“Tottenhem”dən Liqa Kubokunda darmadağın