28 avqust 2026. Cümə

Uelbek “Çelsi”də debüt matçında qol vurdu


Uelbek “Çelsi”də debüt matçında qol vurdu

“Çelsi”nin yeni transferi Denni Uelbek London klubundakı debüt oyununda fərqlənməyi bacarıb.

90deqiqe.Az-ın məlumatına görə, 35 yaşlı hücumçu İngiltərə Liqa Kubokunun II turunda “Luton Taun”a qarşı keçirilən görüşün 50-ci dəqiqəsində komandasının ilk qolunu vurub. Uelbek sağ cinahdan Malo Qyustonun ötürməsini baş zərbəsi ilə dəqiq tamamlayıb.

Bu, təcrübəli forvardın “Çelsi”nin heyətində ilk qolu olub.

Qeyd edək ki, Denni Uelbek avqustun əvvəlində “Brayton”dan “Çelsi”yə keçib. O, İngiltərə Premyer Liqasının I turunda “Fulhem”ə qarşı keçirilən və “Çelsi”nin 3:2 hesablı qələbəsi ilə başa çatan görüşdə ehtiyat oyunçular skamyasında qalıb.

Hazırda “Çelsi” – “Luton Taun” qarşılaşması davam edir və Uelbekin qolu hələlik matçda yeganə qol olaraq qalır.







İngiltərə P.L.

Koul Palmer Xabi Alonsonun işindən danışdı
  • İngiltərə P.L.
  • 01:18 28.08.2026
Koul Palmer Xabi Alonsonun işindən danışdı
“Çelsi” Liqa Kubokunda mərhələ adladı
  • İngiltərə P.L.
  • 01:00 28.08.2026
“Çelsi” Liqa Kubokunda mərhələ adladı
“Tottenhem”dən Liqa Kubokunda darmadağın
  • İngiltərə P.L.
  • 00:59 27.08.2026
“Tottenhem”dən Liqa Kubokunda darmadağın