- İngiltərə P.L.
- 01:18 28.08.2026
“Çelsi”nin futbolçusu Koul Palmer komandanın baş məşqçisi Xabi Alonso ilə çalışma prosesi barədə danışıb.
90deqiqe.Az-ın məlumatına görə, “Sky Sports” futbolçunun dediklərini belə çatdırıb.
“Xabi Alonso özü də vaxtilə dünya səviyyəli futbolçu olub. O, meydanda hansı mövqeləri tutmalı olduğumla bağlı mənə məsləhətlər verir. Xüsusilə oyun öncəsi tapşırıqları çox vacibdir. O, rəqibin oyununda nələrə diqqət etməli olduğumuzu izah edir və onların zəif nöqtələrini göstərir”
Qeyd edək ki, London klubu İngiltərə Liqa Kubokunun II turunda “Luton Taun”u 2:0 hesabı ilə məğlub edərək turnirin növbəti mərhələsinə yüksəlib. Premyer Liqanın ilk turunda parlaq çıxışı ilə diqqət çəkən Palmer bu dəfə komandasının qollarından heç birində birbaşa iştirak etməyib. Buna baxmayaraq, 90 dəqiqə meydanda olub.
Əlavə edək ki, ispaniyalı mütəxəssis cari mövsümün startından əvvəl “Çelsi”nin baş məşqçisi təyin olunub.