29 avqust 2026. Şənbə

Arbeloa “Real”da işlədiyi dövrü böyük dərs adlandırdı


Arbeloa “Real”da işlədiyi dövrü böyük dərs adlandırdı

“Fulhem”in baş məşqçisi Alvaro Arbeloa “Real Madrid”də çalışdığı dövr barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı mütəxəssis bu barədə “DAZN”a açıqlamasında danışıb.

““Real”ı çalışdırmaq mənim üçün böyük təcrübə və mühüm dərs oldu. İstərdim ki, oradakı mərhələm daha yaxşı keçsin, amma hər şey olduğu kimi baş verdi. Mən həmişə “Real”a minnətdar olacağam. Mən madridçiyəm və ömrümün sonuna qədər belə qalacağam. Bu klubla 20 ildən artıq müddətdə bağlı olmuşam və bu hissi həmişə içimdə daşıyacağam”, – Arbeloa bildirib.

Qeyd edək ki, Arbeloa 2025/26 mövsümündə bir neçə ay ərzində Madrid klubunun əsas komandasına rəhbərlik edib. Onun rəhbərliyi altında “Real” ölkə çempionatını ikinci pillədə başa vurub və UEFA Çempionlar Liqasında 1/4 finala qədər irəliləyib.







İngiltərə P.L.

Koul Palmer Xabi Alonsonun işindən danışdı
  • İngiltərə P.L.
  • 01:18 28.08.2026
Koul Palmer Xabi Alonsonun işindən danışdı
“Çelsi” Liqa Kubokunda mərhələ adladı
  • İngiltərə P.L.
  • 01:00 28.08.2026
“Çelsi” Liqa Kubokunda mərhələ adladı
“Tottenhem”dən Liqa Kubokunda darmadağın
  • İngiltərə P.L.
  • 00:59 27.08.2026
“Tottenhem”dən Liqa Kubokunda darmadağın