13 oktyabr 2026. Çərşənbə axşamı

“Mançester Siti”nin ulduzu Premyer Liqada ilk dəfə dubla imza atdı


“Mançester Siti”nin ulduzu Premyer Liqada ilk dəfə dubla imza atdı

“Mançester Siti”nin hücumameyilli yarımmüdafiəçisi Rayan Şerki yeni mövsümə uğurlu başlayıb.

90deqiqe.Az-ın məlumatına görə, 23 yaşlı futbolçu Premyer Liqanın 2-ci turunda “Kristal Pelas”la qarşılaşmada dubl edib. Fransalı oyunçu 54-cü və 59-cu dəqiqələrdə fərqlənərək komandasının qələbəsində mühüm rol oynayıb.

Şerki çempionatın ilk turunda “Bornmut”la matçda qol vura bilməsə də, iki məhsuldar ötürmə ilə yadda qalıb. Beləliklə, futbolçunun 2026/27 mövsümündə Premyer Liqada keçirdiyi iki oyundan sonra hesabında artıq 4 məhsuldar fəaliyyət var.

Qeyd edək ki, Şerki ilk dəfə “Mançester Siti”nin heyətində bir matçda iki və daha çox qol vurub.

“Kristal Pelas” – “Mançester Siti” qarşılaşmasının mətnli canlı yayımı davam edir.







İngiltərə P.L.

“Düzgün xarakter və münasibət gördüm”
  • İngiltərə P.L.
  • 23:59 10.10.2026
“Düzgün xarakter və münasibət gördüm”