13 oktyabr 2026. Çərşənbə axşamı

“Mançester Siti” “Kristal Pelas”ı darmadağın etdi


“Mançester Siti” “Kristal Pelas”ı darmadağın etdi

İngiltərə Premyer Liqasının 2026/27 mövsümünün 2-ci turunda “Kristal Pelas” və “Mançester Siti” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, Londondakı “Selhurst Park” stadionunda keçirilən qarşılaşma qonaqların böyükhesablı qələbəsi ilə başa çatıb – 1:4.

Oyunda hesabı 17-ci dəqiqədə Erlinq Haaland açıb. İkinci hissədə “Mançester Siti”nin üstünlüyü daha da artıb. 54-cü dəqiqədə Rayan Şerki fərqlənərək hesabı 2:0-a çatdırıb.

Cəmi iki dəqiqə sonra “şəhərlilər”in qapıçısı Canluici Donnarummanın avtoqolu “Kristal Pelas”a ümid verib. Lakin 57-ci dəqiqədə Şerki dublunu rəsmiləşdirib.

Matçın 84-cü dəqiqəsində isə Haaland ikinci dəfə fərqlənərək qarşılaşmanın yekun hesabını müəyyənləşdirib – 1:4.

Qeyd edək ki, əvvəlki turda “Kristal Pelas” səfərdə “Everton”a 0:2 hesabı ilə uduzub, “Mançester Siti” isə “Bornmut”u 2:1 məğlub edib.

Növbəti turda “Kristal Pelas” sentyabrın 5-də səfərdə “Fulhem”lə, “Mançester Siti” isə eyni gün doğma meydanda “Koventri Siti” ilə qarşılaşacaq.







İngiltərə P.L.

“Düzgün xarakter və münasibət gördüm”
  • İngiltərə P.L.
  • 23:59 10.10.2026
“Düzgün xarakter və münasibət gördüm”