13 sentyabr 2026. Bazar günü

“Liverpul” Premyer Liqada ikinci turda da xal itirdi


“Liverpul” Premyer Liqada ikinci turda da xal itirdi

“Liverpul” İngiltərə Premyer Liqasının II turunda da qələbə qazana bilməyib.

90deqiqe.Azn məlumatına görə, Mersisayd təmsilçisi doğma meydanda “Nottinqem Forest”i qəbul edib. “Enfild” stadionunda keçirilən qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Matçda hesabı 24-cü dəqiqədə qonaqların futbolçusu Dan Ndoye açıb. “Liverpul” 60-cı dəqiqədə Aleksander İsakın qolu ilə hesabı bərabərləşdirib.

70-ci dəqiqədə Morqan Qibbs-Uayt penaltidən dəqiq yararlanaraq “Nottinqem Forest”i yenidən önə çıxarıb. Meydan sahibləri 82-ci dəqiqədə Viktor Munyosun qolu ilə hesabı bərabərləşdirərək bir xal əldə ediblər.

Qeyd edək ki, “Liverpul” Premyer Liqanın ilk turunda da xal itirib. Komanda səfərdə “Nyukasl”la heç-heçə edib.







İngiltərə P.L.

“Liverpul” doğma meydanda xal itirdi
  • İngiltərə P.L.
  • 22:59 12.09.2026
“Liverpul” doğma meydanda xal itirdi
Emeridən Qarnaço ilə bağlı açıqlama
  • İngiltərə P.L.
  • 23:28 11.09.2026
Emeridən Qarnaço ilə bağlı açıqlama