- İngiltərə P.L.
- 20:32 29.08.2026
İngiltərə çempionatında keçirilən qarşılaşmada “Koventri Siti” doğma meydanda “Hall Siti”ni qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşün ilk hissəsində komandalar hesabı aça bilməyiblər. İkinci hissədə də uzun müddət qapılara yol tapılmayıb.
Lakin matçın sonlarına yaxın “Hall Siti” təhlükəli hücum təşkil edib. Liam Millar Məhəmməd Belluminin məhsuldar ötürməsindən sonra dəqiq zərbə ilə hesabı açıb.
“Koventri Siti” məğlubiyyətdən qaçmaq üçün son dəqiqələrdə hücumlarını artırsa da, istəyinə nail ola bilməyib.
Beləliklə, “Koventri Siti” ardıcıl ikinci görüşdə məğlub olub. “Hall Siti” isə aktivinə daha 3 xal əlavə edərək xallarının sayını 6-ya çatdırıb.