29 avqust 2026. Şənbə

Beylinin “Aston Villa”dan ayrılacağı gözlənilir


Beylinin “Aston Villa”dan ayrılacağı gözlənilir

“Aston Villa”nın cinah futbolçusu Leon Beylinin yay transfer pəncərəsi bağlanana qədər Birmingem klubunu tərk edəcəyi gözlənilir.

 90deqiqe.Az-ın məlumatına görə, bu barədə tanınmış jurnalist Fabritsio Romano məlumat yayıb.

29 yaşlı futbolçuya bir neçə klub maraq göstərir. “Əl-Diriyə”, “Hall Siti” və “Sevilya” Beylinin mümkün transferinin şərtləri ilə bağlı “Aston Villa”ya müraciət ediblər. Tərəflər arasında danışıqlar davam edir.

Qeyd edək ki, “Hall Siti” daha əvvəl də Beylini heyətinə qatmağa cəhd göstərib. Lakin həmin vaxt klublar transferin şərtləri ilə bağlı razılığa gələ bilməyiblər.

“Aston Villa” müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə olan futbolçunu icarəyə verməkdənsə, satmağa üstünlük verir.

Leon Beyli 2021-ci ildən “Aston Villa”nın formasını geyinir.







İngiltərə P.L.

“Bu, istədiyimiz nəticə deyil”
  • İngiltərə P.L.
  • 20:11 29.08.2026
“Bu, istədiyimiz nəticə deyil”