30 avqust 2026. Bazar günü

Elanqa “Tottenhem”ə qol vurdu, Anrinin məşhur sevincini təkrarladı - FOTO


Elanqa “Tottenhem”ə qol vurdu, Anrinin məşhur sevincini təkrarladı  - FOTO

İngiltərə Premyer Liqasının II turunda “Nyukasl” səfərdə “Tottenhem”i 2:0 hesabı ilə məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, qonaqların ilk qolunu 62-ci dəqiqədə Entoni Elanqa vurub. 24 yaşlı futbolçu fərqləndikdən sonra “Arsenal”ın əfsanəsi Tyerri Anrinin məşhur qol sevincini təkrarlayıb. Elanqa dizləri üstə meydançada sürüşərək daha sonra “Tottenhem” azarkeşləri qarşısında başını aşağı əyib.

Tyerri Anri 2002-ci ilin payızında “Arsenal”ın heyətində məhz “Tottenhem”ə qarşı oyunda fərdi reydin ardından vurduğu qoldan sonra eyni sevinci yaşamışdı.

“Bunu həmişə demişəm ki, Anri mənim sevimli futbolçumdur. Bilirdim ki, bu gün qol vursam, mütləq belə qeyd edəcəyəm”, - deyə Elanqa “Sky Sports”a açıqlamasında bildirib.

“Nyukasl”ın qələbə hesabını isə 72-ci dəqiqədə Yoan Vissa müəyyənləşdirib.







İngiltərə P.L.

“Bu, istədiyimiz nəticə deyil”
  • İngiltərə P.L.
  • 20:11 29.08.2026
“Bu, istədiyimiz nəticə deyil”