- İngiltərə P.L.
- 12:54 30.08.2026
“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik yarımmüdafiəçi Meyson Mauntun vəziyyəti ilə bağlı açıqlama verib.
90deqiqe.Az-ın məlumatına görə, Karrik Mauntun komanda üçün böyük fayda verəcəyinə əmin olduğunu bildirib:
“Meyson bizə çox şey verə bilər, buna şübhə yoxdur. O, yüksək səviyyəli futbolçudur və mövsümöncəsi hazırlıq prosesində özünü çox yaxşı göstərdi. Zədəsindən sonra çox vaxt keçməyib, ona görə də tezliklə formasını bərpa etməlidir.
Mauntla işləmək asandır. Onun xarakteri və yanaşması əladır. Bu kiçik zədə onu məyus etdi, lakin bu, cari mövsümdə özünü göstərməsinə mane olmayacaq”, – deyə Karrik bildirib.
Qeyd edək ki, 27 yaşlı futbolçu avqustun əvvəlində PSJ ilə yoxlama görüşündə növbəti dəfə zədələndiyi üçün mövsümün startını buraxır.
Bu gün saat 18:30-da Premyer Liqada “Mançester Yunayted” və “İpsviç” arasında görüş keçiriləcək.