30 avqust 2026. Bazar günü

“Çelsi”dən qollu-qollu qələbə


“Çelsi”dən qollu-qollu qələbə

İngiltərə Premyer Liqasının 2026/2027 mövsümünün II turunda “Çelsi” doğma meydanda “Brayton”u qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, “Stemford Bric”də keçirilən qarşılaşma London klubunun 4:3 hesablı qələbəsi ilə başa çatıb. Görüşün baş hakimi Maykl Oliver olub.

“Çelsi” oyuna sürətli başlayıb. Roméo Lavia 4-cü dəqiqədə hesabı açıb. Pedro Neto 14-cü dəqiqədə fərqi iki topa çatdırıb. Joao Pedro isə 32-ci dəqiqədə meydan sahiblərinin üçüncü qolunu vurub.

“Brayton” 35-ci dəqiqədə Malik Yalkuenin qolu ilə fərqi azaldıb. 63-cü dəqiqədə Joao Pedro topu öz qapısına göndərərək hesabı 3:2-yə çatdırıb.

Lakin “Çelsi” 74-cü dəqiqədə Kol Palmerin qolu ilə yenidən fərqi iki topa yüksəldib. “Brayton”un futbolçusu Paskal Qros isə 90+6-cı dəqiqədə hesabı 4:3 etsə də, komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Növbəti turda “Çelsi” sentyabrın 6-da səfərdə “Arsenal”la qarşılaşacaq. “Brayton” isə sentyabrın 5-də doğma meydanda “Lids Yunayted”i qəbul edəcək.







İngiltərə P.L.

“Çelsi”dən qollu-qollu qələbə
  • İngiltərə P.L.
  • 22:24 30.08.2026
“Çelsi”dən qollu-qollu qələbə
“O, özünü göstərəcək”
  • İngiltərə P.L.
  • 12:54 30.08.2026
“O, özünü göstərəcək”