- İngiltərə P.L.
- 00:14 31.08.2026
İngiltərə Premyer Liqasının 2026/2027 mövsümünün II turunda “Mançester Yunayted” doğma meydanda “İpsviç Taun”u qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, “Old Trafford” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə başa çatıb. Görüşü Kreyq Pouoson idarə edib.
“İpsviç” 29-cu dəqiqədə Leyf Devisin qolu ilə hesabı açıb. “Mançester Yunayted” isə 40-cı dəqiqədə Bruno Fernandeşin qolu ilə hesabı bərabərləşdirib.
56-cı dəqiqədə Ceykob Qrivzin öz qapısına vurduğu top mankunianları önə keçirib. Bruno Fernandeş 61-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib, 68-ci dəqiqədə isə het-trikini rəsmiləşdirib.
“Qırmızı şeytanlar”ın beşinci qolunu 82-ci dəqiqədə Brayan Mbeumo vurub. “İpsviç”in futbolçusu Çuba Akpom isə 90+1-ci dəqiqədə fərqi azaltsa da, bu, məğlubiyyətdən yayınmaq üçün kifayət etməyib.
Növbəti turda “Mançester Yunayted” sentyabrın 6-da səfərdə “Everton”la qarşılaşacaq. “İpsviç Taun” isə sentyabrın 4-də doğma meydanda “Liverpul”u qəbul edəcək.