- İngiltərə P.L.
- 00:14 31.08.2026
“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik İngiltərə Premyer Liqasının II turunda “İpsviç” üzərində 5:2 hesablı qələbədən sonra komandasını arxayınlaşmamağa çağırıb.
90deqiqe.Az-ın “Sky Sports”a istinadən məlumatına görə, mütəxəssis qazanılan üç xalın sevindirici olduğunu, lakin komandanın hələ ideal oyun səviyyəsinə çatmadığını bildirib.
“Biz həddindən artıq sevinməyəcəyik. Ötən həftə də ruhdan düşməmişdik – həmin oyunda hər şey pis deyildi. Təkmilləşdirə biləcəyimiz məqamlar var idi. Bu gün də üzərində işləməli olduğumuz məsələlər mövcuddur”
“Nəticə əladır. Amma hələ ideal formulu tapa bilməmişik və qarşıda uzun yol var. İndi növbəti həftəyə hazırlaşacağıq”, – baş məşqçi əlavə edib.
Karrik komandanın kapitanı Bruno Fernandeşin çıxışını da yüksək qiymətləndirib. Portuqaliyalı yarımmüdafiəçi “İpsviç”lə görüşdə het-trik edib.
“Belə het-triklərdən bir neçəsini də görməkdən məmnun olarıq. Bu gün o, öz sinfini göstərdi. Yarımmüdafiənin mərkəzində Yuri [Tilemans], Kobbi [Maynu] və Matteus [Kunha] çox yaxşı oyun keçirdilər.
Bruno ən yaxşı bacardığı işi gördü. Bu həftə mükafatlar qazandı və bu gün əvvəlki matçdan sonra özünü doğrultmağı bacardı. Üç qol – möhtəşəm çıxışdır”, – deyə Karrik vurğulayıb.
Qeyd edək ki, “Mançester Yunayted” APL-in III turunda sentyabrın 6-da doğma meydanda “Everton”u qəbul edəcək.