1 sentyabr 2026. Çərşənbə axşamı

UEFA-nın qərarı İngiltərədə narazılıq yaratdı


UEFA-nın qərarı İngiltərədə narazılıq yaratdı

İngiltərə Futbol Liqası (EFL) UEFA Çempionlar Liqasının “Liverpul” – “Atletiko” matçını sentyabrın 9-na təyin etməsindən narazı qalıb.

90deqiqe.Az-ın “Independent”ə istinadən məlumatına görə, bu qərardan sonra İngiltərə futbol turnirlərində üç qarşılaşmanın keçirilmə tarixinin dəyişdirilməsinə ehtiyac yaranıb. EFL isə UEFA-nın bu addımını “əməkdaşlıq etmək istəməməsi” kimi qiymətləndirib.

İngiltərə Liqa Kubokunun 3-cü turunda “Everton” – “Vulverhempton” oyunu sentyabrın 16-na keçirilib. “Liverpul” – “Tottenhem” qarşılaşması sentyabrın 16-sı əvəzinə bir gün əvvəl – 15 sentyabrda oynanılacaq.

Çempionşipdə “Vulverhempton” – “Portsmut” matçı isə oktyabrın 20-nə təxirə salınıb.

UEFA-dan bildirilib ki, problem yalnız oyunların təqvimi dərc edildikdən sonra üzə çıxıb. Həmin vaxt isə avrokubok matçlarına səfər etməyi əvvəlcədən planlaşdıran azarkeşlərə görə təqvimdə dəyişiklik etmək artıq mümkün olmayıb.







İngiltərə P.L.

 “Arxayınlaşmaq olmaz”
  • İngiltərə P.L.
  • 00:14 31.08.2026
“Arxayınlaşmaq olmaz”
“Çelsi”dən qollu-qollu qələbə
  • İngiltərə P.L.
  • 22:24 30.08.2026
“Çelsi”dən qollu-qollu qələbə
“O, özünü göstərəcək”
  • İngiltərə P.L.
  • 12:54 30.08.2026
“O, özünü göstərəcək”