- İngiltərə P.L.
- 01:29 01.09.2026
İngiltərə Premyer Liqasının 2026/27 mövsümünün II turunda “Aston Villa” doğma meydanda “Arsenal”ı qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, “Villa Park” stadionunda keçirilən qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda yeganə qol 59-cu dəqiqədə vurulub. Bukayo Saka rəqib qapısına yol taparaq “Arsenal”a 3 xal qazandırıb.
Qeyd edək ki, APL-də ilk turda “Aston Villa” “Brayton”a 0:4 hesabı ilə uduzub. “Arsenal” isə “Koventri Siti”ni 3:0 hesabı ilə məğlub edib.
Növbəti turda “Aston Villa” sentyabrın 5-də səfərdə “Hall Siti” ilə qarşılaşacaq. “Arsenal” isə sentyabrın 6-da doğma meydanda “Çelsi”ni qəbul edəcək.
Xatırladaq ki, “Arsenal” İngiltərə çempionudur. London təmsilçisi ötən mövsüm 38 oyunda 85 xal toplayıb.