1 sentyabr 2026. Çərşənbə axşamı

“Aston Villa”dan antirekord - 22 ildən sonra ilk dəfə


“Aston Villa”dan antirekord   - 22 ildən sonra ilk dəfə

“Aston Villa” İngiltərə Premyer Liqasının II turunda doğma meydanda “Arsenal”a minimal hesabla məğlub olub.

90deqiqe.Az-ın məlumatına görə, bu məğlubiyyət “Aston Villa” üçün mövsümün uğursuz başlanğıcını davam etdirib. Unai Emerinin komandası ilk iki turda nə xal toplaya, nə də qol vura bilib. Bundan əlavə, Birmingem təmsilçisi hər iki qarşılaşmada rəqib qapısına heç bir zərbə endirə bilməyib.

Opta-nın məlumatına görə, bu, statistikanın aparıldığı 2003/04 mövsümündən bəri Premyer Liqada ikinci belə haldır. İlk iki turdan sonra rəqib qapısına dəqiq zərbə vura bilməyən yeganə komanda 2017/18 mövsümündə “Suonsi” olub.

Qeyd edək ki, “Aston Villa” ötən mövsüm İngiltərə çempionatını 65 xalla 4-cü pillədə başa vurub.







İngiltərə P.L.

 “Arxayınlaşmaq olmaz”
  • İngiltərə P.L.
  • 00:14 31.08.2026
“Arxayınlaşmaq olmaz”
“Çelsi”dən qollu-qollu qələbə
  • İngiltərə P.L.
  • 22:24 30.08.2026
“Çelsi”dən qollu-qollu qələbə
“O, özünü göstərəcək”
  • İngiltərə P.L.
  • 12:54 30.08.2026
“O, özünü göstərəcək”