3 sentyabr 2026. Cümə axşamı

"Çelsi" "Arsenal"ı məğlub edəcək"


"Çelsi" "Arsenal"ı məğlub edəcək"

İngiltərə millisinin sabiq hücumçusu Piter Krauç Premyer Liqanın 3-cü turunda keçiriləcək “Arsenal” – “Çelsi” matçının nəticəsi ilə bağlı proqnozunu verib.

90deqiqe.Az-ın “Goal"a istinadən məlumatına görə, Krauç London derbisində “Çelsi”nin qələbə qazanacağını düşünür.

“Hər iki komanda hazırda yaxşı təsir bağışlayır. Hamını təəccübləndirmək riskinə gedəcəyəm və “Çelsi”nin 3:2 hesablı qələbəsinə mərc edəcəyəm. Düşünürəm ki, onlar artıq çempionluğun əsas namizədlərindən biri olduqlarını göstəriblər”, – deyə Krauç bildirib.

Sabiq futbolçu “Çelsi”nin hücum xəttinin potensialını da yüksək qiymətləndirib. O, xüsusilə Joao Pedronun çıxışını fərqləndirib:

“Onun oyununu izləmək xoşuma gəlir. Futboldan zövq aldığı açıq şəkildə görünür. Düşünürəm ki, bu mövsüm çox qol vuracaq. Niko da çox təhlükəli görünür və yaxşı epizodlar yaradır. “Çelsi”nin bir neçə kreativ futbolçusu var. Komandanın yeganə problemi müdafiədir. Düşünürəm ki, onlar qol buraxacaqlar. “Brayton” onlara qarşı üç qol vurdu”.

Qeyd edək ki, “Arsenal” – “Çelsi” qarşılaşması sentyabrın 6-da keçiriləcək. Hər iki komandanın hesabında 6 xal var və onlar turnir cədvəlinin liderlər qrupunda yer alırlar.







İngiltərə P.L.

"Çelsi" "Arsenal"ı məğlub edəcək"
  • İngiltərə P.L.
  • 00:13 03.09.2026
"Çelsi" "Arsenal"ı məğlub edəcək"
 “Arxayınlaşmaq olmaz”
  • İngiltərə P.L.
  • 00:14 31.08.2026
“Arxayınlaşmaq olmaz”
“Çelsi”dən qollu-qollu qələbə
  • İngiltərə P.L.
  • 22:24 30.08.2026
“Çelsi”dən qollu-qollu qələbə
“O, özünü göstərəcək”
  • İngiltərə P.L.
  • 12:54 30.08.2026
“O, özünü göstərəcək”