16 sentyabr 2026. Çərşənbə

“Mançester Yunayted”in Premyer Liqa üçün heyəti açıqlanıb


“Mançester Yunayted”in Premyer Liqa üçün heyəti açıqlanıb

“Mançester Yunayted”in İngiltərə çempionatının oyunlarında iştirak edəcək heyəti məlum olub.

90deqiqe.Az-ın məlumatına görə, transfer pəncərəsinin bağlanmasından sonra komandanın Premyer Liqa üçün sifariş etdiyi futbolçuların siyahısı belədir:

Qapıçılar: Karl Darlou, Tom Hiton, Senne Lammens, Dermot Mi.

Müdafiəçilər: Patrik Dörqu, Diogu Dalot, Matteys de Liqt, Harri Maquayr, Lisandro Martines, Nussair Mazravi, Lyuk Şou.

Yarımmüdafiəçilər: Karlos Baleba, Bruno Fernandes, Meyson Maunt, Andre Santos, Yuri Tilemans, Manuel Uqarte.

Hücumçular: Amad Diallo, Mateus Kunya, Brayan Mbeumo, Markus Reşford, Benjamin Şeşko, Coşua Zirkze.

Qeyd edək ki, qüvvədə olan qaydalara əsasən, 2005-ci il yanvarın 1-də və ya daha sonra doğulan futbolçuların əsas heyət siyahısına daxil edilməsi məcburi deyil.

Bu səbəbdən Kobi Maynu və Leni Yoro siyahıda yer almasalar da, Premyer Liqa matçlarında meydana çıxa bilərlər.







İngiltərə P.L.