- İngiltərə P.L.
- 23:43 03.09.2026
Avropa futbolunda daha bir irqçilik hadisəsi baş verib.
90deqiqe.Az-ın məlumatına görə, “Hall Siti”nin yeni transferi Robinyö Vaza mənşəyinə görə sosial şəbəkələrdə təhqirlərə məruz qalıb.
İtaliyanın “Roma” klubundan İngiltərə çempionatına icarə əsasında keçən futbolçu yeni komandasında debüt etdikdən sonra irqçi hücumların hədəfinə çevrilib.
Hadisə ilə bağlı “Hall Siti” rəhbərliyi də açıqlama yayıb.
“Biz ayrı-seçkilik xarakterli davranışlara dözməyəcəyik”, – deyə klubun mətbuat xidməti bildirib.
Məsələ bununla da yekunlaşmayıb. Futbolçunun müraciətindən sonra polis araşdırmaya başlayıb və ona qarşı təhqiramiz ifadələr yazılan sosial şəbəkə hesablarının sahiblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.
Qeyd edək ki, Robinyö Vaza hazırda “Hall Siti”də icarə əsasında çıxış edir.