3 sentyabr 2026. Cümə axşamı

“Liverpul”un baş məşqçisi heyətdəki çatışmazlıqdan danışdı


“Liverpul”un baş məşqçisi heyətdəki çatışmazlıqdan danışdı

“Liverpul”un baş məşqçisi Andoni İraola İngiltərə Premyer Liqasının 3-cü turunda “İpsviç”lə oyun öncəsi keçirilən mətbuat konfransında komandanın heyətindəki çatışmazlıqlardan danışıb.

90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis Konor Bredli və Co Qomezin yoxluğunun komandaya təsir etdiyini bildirib:

“Hazırda heyətlə bağlı problemimiz, məsələn, Konor Bredli və Co Qomezin olmamasıdır. Hər mövqeyə iki futbolçu nəzərdə tutsaq, heyət həmişə çatışmaz olacaq. Hazırda da belə vəziyyətdəyik. Buna görə Dominik Soboslaini sağ cinah müdafiəçisi mövqeyində də oynaya bildiyi üçün yüksək qiymətləndirirəm”.

İraola futbolçuların çoxsaylı mövqelərdə çıxış edə bilməsinin zədəli oyunçuların olduğu dövrlərdə komandaya kömək etdiyini vurğulayıb:

“Futbolçuların universallığı mövsüm ərzində zədəlilərimizin olduğu vaxtlarda vəziyyətin öhdəsindən gəlməyimizə kömək edir. Yarımmüdafiədə kifayət qədər oyunçumuz var. İndi hər şey mənim verəcəyim qərarlardan asılıdır”.

Baş məşqçi qarşıdakı iki həftədə komandanı çoxsaylı oyunların gözlədiyini və müxtəlif taktiki seçimləri sınamaq imkanı əldə edəcəklərini də qeyd edib:

“Mən futbolçuların ən yaxşı uyğunlaşmasını axtarıram. Qarşıdakı iki həftədə bizi çoxlu oyun gözləyir. Mövcud variantları və fərqli oyunçu kombinasiyalarını yoxlamaq imkanımız olacaq. Hər şey məşqçi işindən asılıdır”.

Qeyd edək ki, “Liverpul” 2 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. “İpsviç” isə 3 xalla bir pillə öndədir.







İngiltərə P.L.

"Çelsi" "Arsenal"ı məğlub edəcək"
  • İngiltərə P.L.
  • 00:13 03.09.2026
"Çelsi" "Arsenal"ı məğlub edəcək"