19 oktyabr 2026. Bazar ertəsi

“Liverpul” 18 yaşlı vingeri ilə yeni müqavilə imzalayacaq


“Liverpul” 18 yaşlı vingeri ilə yeni müqavilə imzalayacaq

“Liverpul”un 18 yaşlı vingeri Rio Nqumoa ilə müqaviləni yeniləməyə hazırlaşdığı bildirilir.

90deqiqe.Az-ın “TEAMtalk”a istinadən məlumatına görə, tərəflər əməkdaşlığın davam etdirilməsi ilə bağlı prinsipial razılığa gəliblər. Yeni müqavilənin detalları açıqlanmasa da, sözləşmənin uzunmüddətli olacağı qeyd edilir.

Nqumoa 2024-cü ildə “Çelsi”dən “Liverpul”a keçib. Gənc futbolçu cari mövsümdə İngiltərə Premyer Liqasında 2 oyunda meydana çıxıb, lakin məhsuldar fəaliyyətlə yadda qalmayıb.

Qeyd edək ki, Rio Nqumoanın “Liverpul”la hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı onun bazar dəyərini 30 milyon avro qiymətləndirir.







İngiltərə P.L.

Karrik Baleba və Santos barədə danışdı
  • İngiltərə P.L.
  • 01:03 19.10.2026
Karrik Baleba və Santos barədə danışdı
 “Çox iddialıyıq”
  • İngiltərə P.L.
  • 00:51 19.10.2026
“Çox iddialıyıq”
“Bu nəticəyə layiq deyildik”
  • İngiltərə P.L.
  • 23:12 18.10.2026
“Bu nəticəyə layiq deyildik”
“Bornmut” “Sanderlend”i məğlub etdi
  • İngiltərə P.L.
  • 20:25 18.10.2026
“Bornmut” “Sanderlend”i məğlub etdi