5 sentyabr 2026. Şənbə

De Bruynedən Enzo Fernandes barədə sərt sözlər - “Hələ mənim səviyyəmdə deyil”


De Bruynedən Enzo Fernandes barədə sərt sözlər  - “Hələ mənim səviyyəmdə deyil”

“Mançester Siti”nin əfsanəvi futbolçusu Kevin De Bruyne klubun rekord məbləğə transfer etdiyi Enzo Fernandes barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, belçikalı yarımmüdafiəçi argentinalı futbolçunun onun varisi adlandırılmasını doğru hesab etmir. De BruyneFernandesin yaxşı futbolçu olduğunu qəbul etsə də, onun hələ “Mançester Siti”dəki səviyyəsinə çatmadığını bildirib.

““Mançester Siti” azarkeşləri Fernandesə mənim varisim deyirlər? Açığı, bu, artıq çoxdur. Enzo yaxşı futbolçudur. Onun yüksək səviyyəsi və böyük potensialı var. O, çox vacib yarımmüdafiəçiyə çevrilə bilər. Amma tam səmimi desəm, o, hələ “Mançester Siti”də mənim oynadığım səviyyəyə belə yaxın deyil”, - deyə De Bruynenin sözlərini “Goal” yayıb.

Belçikalı ulduz Fernandesə görə ödənilən böyük transfer məbləğinin futbolçunun üzərində əlavə təzyiq yaratdığını da vurğulayıb:

“Bəzən mənə elə gəlir ki, insanlar transfer məbləğinə və onun Argentina millisi ilə qazandığı uğurlara görə Fernandesə olduğundan daha yüksək qiymət verirlər. 125 milyon funt sterlinq ödəməyiniz avtomatik olaraq sizi dünya səviyyəli yarımmüdafiəçiyə çevirmir. Onun hələ çox şeyi sübut etməsi lazımdır. Əgər mənim varisim olmaq istəyirsə, bunu öz oyunu ilə göstərməlidir. Mənim 17 nömrəli formanı seçmək bir məsələdir, Kevin De Bruyneni əvəz etmək isə tamamilə başqa məsələdir”.

Qeyd edək ki, Enzo Fernandes “Mançester Siti”yə Böyük Britaniya futbolu üçün rekord məbləğə transfer olunub. Argentinalı daha əvvəl 17 nömrəli formanı seçməsinin De Bröyne ilə bağlı olmadığını açıqlayıb. O, bu nömrə ilə ilk dəfə Argentina millisinin heyətində meydana çıxıb.







İngiltərə P.L.

İsak “Liverpul”da rekord dubl etdi
  • İngiltərə P.L.
  • 23:46 04.09.2026
İsak “Liverpul”da rekord dubl etdi