- İngiltərə P.L.
- 00:40 05.09.2026
“Mançester Siti” avqust ayının ən yaxşı futbolçusunu açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, klubun azarkeşləri arasında keçirilən səsvermənin nəticələrinə əsasən, bu ada 23 yaşlı yarımmüdafiəçi Rayan Şerki layiq görülüb.
Fransa millisinin üzvü səsvermədə Mark Gehi və Yoşko Qvardiolu geridə qoyub. Bu barədə “Mançester Siti”nin rəsmi saytı məlumat yayıb.
Şerki yeni mövsümə uğurlu start verib. O, “Bornmut”la qarşılaşmada iki məhsuldar ötürmə ilə yadda qalıb. Fransalı futbolçu “Kristal Pelas”la oyunda isə özü iki dəfə fərqlənərək dubl edib.
Qeyd edək ki, “Mançester Siti” İngiltərə çempionatında ilk iki turda qələbə qazanıb. Komanda 6 xalla turnir cədvəlinə başçılıq edir.
“Şəhərlilər” III turda doğma meydanda “Koventri” ilə qarşılaşacaq.