20 oktyabr 2026. Çərşənbə axşamı

İraoladan Barkolanın “Liverpul”dakı debütü ilə bağlı açıqlama


İraoladan Barkolanın “Liverpul”dakı debütü ilə bağlı açıqlama

“Liverpul”un baş məşqçisi Andoni İraola komandanın yeni transferi Bredli Barkolanın bu gün İngiltərə Premyer Liqasında “İpsviç”ə qarşı keçiriləcək oyunda debüt etməsi ehtimalı barədə danışıb.

90deqiqe.Az-ın məlumatına görə, “The Touchline” təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.

 “Məni Barkolanı start heyətində meydana buraxmağa çox böyük həvəs bürümüşdü. O, məşqlərdə yaxşı təsir bağışlayıb. Lakin hələ bir dəqiqə belə oynamayıb. Düşünürəm ki, meydana çıxmağa hazırdır və böyük ehtimalla onu ikinci hissədə oyuna buraxacağıq”

Qeyd edək ki,125 milyon avroya PSJ-dən transfer olunan fransalı futbolçu qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb.

“İpsviç” – “Liverpul” qarşılaşmasında qonaq komanda artıq iki cavabsız qolla önə keçib. Hər iki qola “Liverpul”un hücumçusu Aleksandr İsak imza atıb.







İngiltərə P.L.

Karrik Baleba və Santos barədə danışdı
  • İngiltərə P.L.
  • 01:03 19.10.2026
Karrik Baleba və Santos barədə danışdı
 “Çox iddialıyıq”
  • İngiltərə P.L.
  • 00:51 19.10.2026
“Çox iddialıyıq”
“Bu nəticəyə layiq deyildik”
  • İngiltərə P.L.
  • 23:12 18.10.2026
“Bu nəticəyə layiq deyildik”