20 oktyabr 2026. Çərşənbə axşamı

“Liverpul” səfərdə “İpsviç Taun”u məğlub edib


“Liverpul” səfərdə “İpsviç Taun”u məğlub edib

İngiltərə Premyer Liqasının III turunda “İpsviç Taun” və “Liverpul” komandaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, “Portman Road” stadionunda keçirilən qarşılaşma Mersisayd təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Matçı baş hakim Darren İngland idarə edib.

“Liverpul”un hər iki qolunu Aleksander İsak vurub. İsveçli hücumçu 6-cı dəqiqədə hesabı açıb, cəmi üç dəqiqə sonra isə dublunu rəsmiləşdirərək komandasının qələbəsini təmin edib.

Bu nəticədən sonra xallarının sayını 5-ə çatdıran “Liverpul” İngiltərə çempionatının turnir cədvəlində 5-ci pilləyə yüksəlib. “İpsviç Taun” isə 3 xalla 13-cü sırada qərarlaşıb.

Premyer Liqanın növbəti turunda “Liverpul” sentyabrın 12-də doğma meydanda “Fulhem”i qəbul edəcək. Həmin gün “İpsviç Taun” səfərdə “Kristal Pelas”la qarşılaşacaq.







İngiltərə P.L.

Karrik Baleba və Santos barədə danışdı
  • İngiltərə P.L.
  • 01:03 19.10.2026
Karrik Baleba və Santos barədə danışdı
 “Çox iddialıyıq”
  • İngiltərə P.L.
  • 00:51 19.10.2026
“Çox iddialıyıq”
“Bu nəticəyə layiq deyildik”
  • İngiltərə P.L.
  • 23:12 18.10.2026
“Bu nəticəyə layiq deyildik”